Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada "Xocalı soyqırımı"nın 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

26 fevral 2019 | 11:00

Fevral ayının 26-da Ağstafa rayon Mədənniyyət mərkəzində "Xocalı soyqırımı"nın 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Ağstafa rayon İcra hakimiyyəti başçısı cənab  Məhərrəm Quliyev, rayonun  hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qan yaddaşına əbədi həkk olunmuş Xocalı faciəsinin şəhidləri  bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova çıxış edərək, Xocalı faciəsi Azərbaycan tarixində, xalqımızın yaddaşında dərin iz qoyduğunu, 27 il ötməsinə baxmayaraq faciənin ağrı və acısı hələ də qəlbimizdə yaşadığını bildirdi. Lalə Eyyubova qeyd etdi ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymət ilk dəfə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi. Xocalı barədə həqiqətlərin dünya miqyasında yayılması məqsədilə Heydər Əliyev Fondunun böyük işlər gördüyünü diqqətə çatdırıb. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılmasının hər kəsin vətəndaşlıq borcu olduğu vurğulandı. Tədbirdə məktəb şagirdlərinin ifasında səsləndirilən vətənpərvərlik mövzusunda musiqilər və şeirlər səsləndi.  Sonda  Xocalı soyqırımına həsr edilmiş "Gedək xocalıya" adlı tamaşa nümayiş  etdirilib.

 

Keçidlər