Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ağstafa rayon təşkilatının VII konfransı

21 may 2013 | 10:00

Bu gün Heydər Əliyev müzey-mərkəzində Yeni Azərbaycan Partiyası Ağstafa rayon ttəşkilatının VII konfransı keçirilmişdi.Konfransı giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov ötən konfransdan keçən müddət ərzində rayon təşkilatında partiya quruculuğu və yeni üzvlərin qəbulu ilə bağlı geniş məlumat verdi. Bildirdi ki, YAP Ağstafa rayon təşkilatı rayonda aparılan abadlıq,tikinti-quruculuq işlərində bir siyasi təşkilat və üzvlərinin fəallığı ilə seçilir.
Ağstafa rayon icra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev konfransın işinə uğurlar arzulayaraq 2013-cü ildə YAP Ağstafa rayon təşkilatının qarşısında duran vəzifələrdən geniş bəhs etdi. Rayonun sosial-iqtisadi inkişafındakı yüksəlişində YAP üzvlərinin də xeyli payının olmasını qeyd edən cənab Məhərrəm Quliyev YAP rayon təşkilatının bütün abadlıq və quruculuq işlərində yaxından iştirak etdiyini qeyd etdii.
Azərbaycan Respublikası Milli Məclisinin üzvü Nizami Cəfərov da rayon təşkilatının inkişaf yoluna nəzə salaraq onun daha da yetkin və püxtələşmiş halda olmasını vurğuladı.
Konfransda YAP-ın qurultayına nümayəndələr seçildi.
Konfransın işində YAP Mərkəzi aparatının məsul işçisi Rafail Gülməmmədov da iştrak etmişdir.

Keçidlər