Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə əlaqədar keçirilən müşavirədən irəli gələn vəzifələrlə bağlı Ağstafada RİH-nin yanında geniş tərkibli Şura iclası keçirilib

27 fevral 2019 | 11:00

Bu gün Ağstafa rayonu İcra hakimiyyətinin inzibati binasının akt zalında Şuranın növbəti iclası keçirildi. İcra başçısının sədrliyi ilə keçən iclasda rayon İcra hakimiyyəti başçısı aparatının işçiləri, rayonun hüquq-mühafizə, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. İclası giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev gündəlikdə duran məsələləri və məruzəçiləri  tədbir iştirakçılarının diqqətinə çatdırdı. İcra başçısı bildirdi ki, 2019-ci ildə cənab Prezident İlham Əliyev iqtisadi inkişafın imkanlarının ilk növbədə sosial sahəyə yönəldilməsini təmin etdi. Beləliklə, "Minimum əməkhaqqının, pensiyanın, tələbələrin təqaüdlərinin artırılması o cümlədən,  qısa müddətdə digər ödənişlərin verilməsində mühüm işlər görülübdür.
Sonra gündəlikdə duran məsələlər ətrafında rayon İcra hakimiyyəti başçısının müavini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev geniş məruzə ilə çıxış etdi. Bildirildi ki, fevral ayının 25-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədən irəli gələn məsələlərin Ağstafa rayonunda həyata keçirilməsi işləri uğurla davam edir. Dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya əsasən, ölkəmizdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin problemləri davamlı şəkildə həll edilir, onların sosial müdafiəsi gücləndirilir.  Məruzə ətrafında geniş müzakirələr aparıldı, yerlərdən müvafiq şəxslərin arayışları dinlənildi.
.Şura iclası işgüzar şəraitdə keçdi.

 

Keçidlər