Körpələr evi-uşaq bağçalarının vəziyyəti ilə bağlı rayon İcra hakimiyyətində operativ müşavirə keçirildi
Bu gün Körpələr evi-uşaq bağçalarında infrastruktrun yenilənməsi, təhsilin keyfiyyətinin artırılması, uşaq bağçalarının ərzaqla təminatının yaxşılaşdırılması ilə bağlı Ağstafa rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında operativ müşavirə keçirilib. Rayon İcra başçısı cənab Məhərrəm Quliyev bildirilib ki, Ağstafa rayonunda azyaşlı körpələrin sağlam mühitdə böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün bütün növ imkanlar yaradılır, müasir inventar və avadanlıqlarla təmin edilir. Son illər ölkəmizdə uşaq bağçalarının tikintisinə, təmirinə, müasir standartlara uyğun yenidən qurulmasına böyük önəm verilir. Bu məqsədlə Ağstafa rayonunda da körpələrin rahat təhsil alması üçün bütün imkanlardan istifadə olunur. Bu gün uşaqların keyfiyyətli təhsil və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. İclasda eyni zamanda uşaq bağçalarının ərzaqla təminatı məsələlərinə nəzarətin gücləndirilməsi də ön plana çəkilib. Məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatının vəziyyətinin yerində araşdırılması üçün Komissiya yaradılıb. Müşavirədə İcra başçısı onu da qeyd edib ki, bu gün uşaqlar dövlətimiz tərəfindən ən keyfiyyətli ərzaqlarla təmin olunur və bu məsələlərə çox ciddi nəzarət edilməlidir: “Körpələr evi-uşaq bağçalarının ərzaq təminatı hər zaman gündəlik nəzarətdə saxlanılacaq və ərzaqla bağlı daxil olan hər bir müraciət ciddi şəkildə araşdırılacaq və ictimai nəzarət gücləndiriləcək”. Müşavirədə vurğulanıb ki, körpələr evi-uşaq bağçalarında işçilərin peşəkarlıq səviyyəsinin yoxlanması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə, bağça işçiləri Attestasiyadan keçiriləcəkdir. Attestasiyanı aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə Ağstafa rayon İcra Hakimiyyətinın başçısı Məhərrəm Quliyevin müvafiq Sərəncamı ilə yaradılmış Attestasiya Komissiyası aparacaq.