Aşağı Göycəli kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Aşağı Göycəli kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Aşağı Göycəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşən İsmayılov Aşağı Göycəli kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Məhəmməd Əsədov Aşağı Göycəli kəndinə təbii qazın verilməsini xahiş etdi.
2. Zinarə Yusifova uşaq baxçası qəzalı vəziyyətdə olduğundan, yeni binanın inşa edilməsini təklif etdi.
3. Arzu İsmayılov İş yerlərinin açılmasının vacibliyi barədə danışdı.
4. Elba Rzayeva ağır tonnajlı yük avtomobillərinin kəndin ərazisindən gediş-gəlişinin qarşısının alınmasını təklif etdi
5. İlqar Vəliyev kəndin “Qabaqdağlı” yaşayış məhəlləsinə içməli su xəttinin çəkilməsinə ehtiyac olduğunu qeyd etdi.
6. Fikrət Nağıyev Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
7. Hüseyn Vəliyev mərkəzi avtomobil yolundan kəndin mərkəzi hissəsinədək olan yola elektrik dayaqlarının quraşdırılmasını xahiş etdi.
8. Zülfiyyə Əsgərova kəndin “Dəlləkli” məhəlləsində yolun təmir edilməsini təklif etdi.
9. Elsera Əliyeva yeni məhəllədə bir ədəd subartezian quyusunun qazılmasına ehtiyac olduğunu qeyd etdi.
10. Nuridə Məmmədova kənddə yeni tibb məntəqəsinin inşa edilməsini təklif etdi.
11. İbrahim Qasımov yeni məhəllədə elektrik təsərrüfatının yenidən qurulmasının vacibliyindən danışdı.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Aşağı Göycəli kəndinə təbii qaz yanacağının verilməsi görülən işlərin bariz nümunəsidir. Növbəti ildə kənddə yeni tibb məntəqəsinin inşa edilməsi nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.