Rayonunun Həsənsu kəndində gənclərin sağlam həyat tərzi keçirməsi və asudə vaxtlarını səmərəli təşkili məqsədi ilə idman zalı tikilib istifadəyə verildi
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun Həsənsu kəndində inşa edilən Fitnes Klubda Kickboks üzrə yaradılan şəraitlə yaxından tanış oldu. Tədbirdə rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun Gənclər və İdman idarəsi eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İcra başçısı Azərbaycan idmanının uğur və nailiyyətlərindən, kikboksinq idman növünə gənclərin böyük marağından danışıb. Azərbaycanın artıq beynəlxalq idman arenasında özünəməxsus yer tutaraq, Bakıda keçirilən ilk Avropa Oyunlarının ölkə idmanının uğurlarından xəbər verdiyini diqqətə çatdırılıb. İş adamı Əhəd Bağırovun təşəbbüsü ilə ərsəyə gələn idman zalı, gənc idman sevərlərin istək və maraqları nəzərə alınaraq tikilibdir. Sonda ölkədə idmançılara yaradılan hər cür imkan və şəraitə görə, möhtərəm Prezident İlham Əliyevə minnətdarlıq bildirildi.