Novruz bayramı qabağı, Ağstafa rayon İcra hakimiyyətinin və “Ağstafa Aqroparkı”ın birgə təşkilatçılığı ilə bayram yarmarkası keçiriləcək
Azərbaycan Respublikasının Prezidentinin tapşırığı ilə əhalinin ərzaq məhsullarının təminatının yaxşılaşdırılması və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə, “Ağstafa Aqropark”da kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunacaq. Ağstafa rayon İcra hakimiyyətinin və “Ağstafa Aqroparkı”nın birgə təçkilatçılığı ilə təşkil edilən yarmarka bayram ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsi və süni qiymət artımının qarşısının alınması, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq məqsədi daşıyır. 9, 10, 16-21 mart tarixlərində hər gün saat 09:00 dan - 15:00 dək əhalinin xidmətində olacaq yarmarkada məhsullar topdan satış qiymətindən 20 % , bazar qiymətlərindən isə 30 - 40 % ucuz qiymətə təklif olunacaq. Novruz atributları ilə milli ruhda bəzədilmiş ərazidə alıcılar həm istirahət edəcək,həm də bütün növ yerli kənd təsərrüfatı məhsullarını-meyvə-tərəvəz, müxtəlif çərəzlər, ərzaq məhsulları, ət və süd məhsulları, bal və s. ala biləcəklər.