Ağstafa rayon məktəbliləri arasında Voleybol yarışı keçirildi
Ağstafa şəhər 1 saylı tam orta məktəbin idman zalında 5 Mart Bədən tərbiyəsi və idman günunə həsr olunmuş rayonun məktəbli komandaları arasında Voleybol idman növü üzrə rayon birinciliyi keçirildi. Birinciliyin rəsmi açılış mərasimində çıxış edən Ağstafa rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Turan Hüseynov qeyd etdi ki, ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli şəkildə tədbirlər həyata keçirilir. Bildirildi ki, bu gün bədən tərbiyəsi və idman ölkə vətəndaşlarının fiziki (əqli), eləcədə mənəvi cəhətdən inkişaf etmələrinə, sosial və maddi rifahlı olmalarına,vətənin müdafiəsində yüksək səviyyədə iştirak etmələrinə və beynəlxalq yarışlarda qələbə uğrunda əzm və qətiyyətlə mübarizə apara bilmələrinə xidmət edir. Daha sonra çıxış edənlər qeyd etdilər ki, Voleybol yarışının keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində idmanın mənimsənilmə səviyyəsini artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etmək, istedadlı oyunçuları üzə çıxarmaq və şagirdlər arasında bu idman növünü təbliğ etməkdir.
Birincilikdə Qıraq Kəsəmən kənd tam orta məktəbinin komandası 1- yer, Köçəsgər kənd 1 saylı tam orta məktəbin komandası 2-ci yer , Tatlı kənd tam orta məktəbin komandası isə 3 -cü yerə layiq görülmüşdür. Qalib komandalar Ağstafa rayon Gənclər və İdman idarəsinin təhsis etdiyi diplom və kuboklarla təltif olundular.