Ağstafa rayonunun bir kəndinə təbii qaz verildi
Ağstafa rayonunun Aşağı Göycəli kəndinə təbii qaz yanacağının verilməsi münasibəti ilə təntənəli mərasim keçirilmişdir.
Aşağı Göycəli kəndində keçirilən tədbirdə mərasimi giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qeyd etdi ki, ölkəmizin dinamik sosial iqtisadi inkişafının müsbət nəticələri ən ucqar kəndlərdə də özünü göstərir. Cənab Prezidentin tapşırığına uyğun olaraq Ağstafa rayonunun kəndlərinin qazlaşdırılması prosesi davam edir. Hazırda rayonun 18 yaşayış məntəqəsi təbii qaz yanacağı ilə təmin edilmiş, 9 kənddə təmir tikinti işləri aparılır və 1 kəndə təbii qazın verilməsi təmin edilmişdir.
Beləlilkə rayonun 19 yaşayış məntəqəsinə təbii qaz yanacağı verilir.
Mərasimdə çıxış edən Aşağı Göycəli kənd sakinləri Məhəmməd Əsədov, Zinarə Yusifova, Elba Rzayeva, Hüseyn Vəliyev göstərdiyi diqqət və qayğıya görə cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Açılış mərasimində ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin məsul işçiləri Natiq Ələsgərov və Tahir Kazımov iştirak etmişdir.