Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada «Narkomaniyaya yox deyək» mövzusunda maarifləndirici tədbir keçirildi

13 mart 2019 | 11:00

Ağstafa şəhər 3 saylı tam orta məktəbində 9-11-ci sinif şagirdləri arasında sağlam həyat tərzinin təbliği, onların həyatı üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə  Ağstafa rayon İcra hakimiyyəti, rayon prokurorluğu, rayon polis şöbəsi və Gənclər və idman idarəsi ilə birlikdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi. Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, müəllimlər iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Eyyubova qonaqları salamlayaraq tədbirin əhəmiyyəti barədə danışdı və ümumdünya problemi olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Lalə Eyyubova qeyd etdi ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir. Rayon polis şöbəsinin rəisi polis palkovniki Elsəvər Aslanov, rayon prokurorunun köməkçisi Rəhim Hüseynli, Gənclər İdman idarəsinin baş məsləhətçisi Turan Hüseynov, Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli və  başqaları çıxış edərək rayonda dini radikalizm, erkən nigahlar, insan alveri, zərərli maddələrin dövriyyəsinə qarşı keçirilən tədbirlər və görülən profilaktiki işlər barədə geniş məlumat verdilər. Dini radikalizm və zərərli maddələrin  cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

 

Keçidlər