Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunun iki kəndinə təbii qaz verildi

22 may 2013 | 10:00

21 may 2013-cü il tarixdə Ağstafa rayonunun Xılxına və Mollacəfərli kəndlərinə  təbii qaz yanacağının verilməsi münasibəti ilə təntənəli mərasim keçirilmişdir.
Xılxına  kəndində keçirilən tədbirdə mərasimi giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qeyd etdi ki, ölkə iqtisadiyyatının artan sürətlə inkişaf etməsi regionlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılması cənab Prezidentin daima diqqət mərkəzindədir. Regionların inkişaf etməsi və insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün məqsədyönlü işlər aparılır. Bu da rayonun ən ucqar kəndlərində də özünü göstərir. Cənab Prezidentin tapşırığına uyğun olaraq Ağstafa rayonunun kəndlərinin qazlaşdırılması prossesi davam edir. Hazırda rayonun 19 yaşayış məntəqəsi təbii qaz yanacağı ilə təmin edilmiş, 9 kənddə təmir tikinti işləri aparılır və 2 kəndə təbii qazın verilməsi təmin edilmişdir.
Beləliklə rayonun 21 yaşayış məntəqəsinə təbii qaz yanacağı verilir. 
Mərasimdə çıxış edən kənd sakinləri İlham Yusifov, Ağaverdi Əmrahov, Hümbət Hüseynov, Yeganə Əsgərova göstərdiyi diqqət və qayğıya görə cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Açılış mərasimində ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin məsul işçiləri Natiq Ələsgərov və Tahir Kazımov iştirak etmişdir.

Keçidlər