Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi altında tur-aksiyasının iştirakçıları ilə görüş keçirildi

15 mart 2019 | 11:00

    15 mart 2019-cu  il tarixdə Ağstafa rayonu İcra hakimiyyətinin akt zalında İcra başçısı Məhərrəm Quliyev “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində 23-26 mart tarixlərində Ağstafa-Qəbələ, Şəki-Zaqatala  istiqamətində tur-aksiyanın iştirakçıları və valideynləri ilə görüş keçirdi. Məktəbliləri salamlayan rayon İcra hakimiyyətinin başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində qəbul edilmiş müxtəlif dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən müxtəlif layihələr həyata keçirilir. Cənab Prezidentin tapşırığına uyğun olaraq məktəblilərin tətil günlərində “Ölkəmizi tanıyaq” layihəsi üzrə ümumtəhsil məktəblərinin şagirdlərinin respublikanın müxtəlif bölgələrinə tur-aksiyaları təşkil olunur. Ölkə başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar ənənə halını almışdır.
     Sonda  məktəblilərə səfər zamanı Ağstafamızı, təhsil aldığınız məktəbləri layiqincə təmsil etmələrini və evlərinizə xoş təəssüratlarla qayıtmalarını tövsiyə olundu.

 

Keçidlər