Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi

19 mart 2019 | 11:00

19 Mart 2019-ci il tarixində Novruz bayramı ilə bağlı Ağstafa rayon İcra hakimiyyətinin  və Ağstafa Aqroparkın təçkilatçılığı ilə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının,  şəhid ailələrinin və Çernobıl əlilləri üçün bayram sovqatları paylanıldı. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək bildirdi ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının ailələrinə yüksək diqqət və qayğı göstərildiyini bildirib: “Prezident İlham Əliyev şəhid ailələri ilə görüşündə onlara nə qədər yüksək dəyər verdiyini bir daha nümayiş etdirdi. Dövlət başçımız Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi haqqında sərəncam imzalayıb. Həmçinin şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün məbləği artırılıb. Bütün bunlar şəhid ailələrinə göstərilən diqqət və qayğının göstəricisidir.
Tədbirdə 275 şəhid ailələri və qarabağ əlillərinə  bayram sovqatları paylanıldı. Sonra səhnədə rayonumuzun tanınmış incəsənət nümayəndələrinin şou proqramı ilə Novruz bayramı davam etdi.

 

Keçidlər