Ağstafa rayon icra hakimiyyətinin başçısı yanında Şura iclası keçirildi
Ağstafa rayon icra hakimiyyətinin başçısı yanında Şuranın geniş iclası keçirildi.
İclasın gündəliyinə rayon əhalisinə göstərilən ticarət, iaşə və məişət xidmətinin vəziyyəti, ərzaq məhsullarının vəziyyəttinə nəzarət və süni qiymət artımının qarşısının alınmasına qarşı görülən tədbirlər, tarixi-mədəni və təbiət abidələrinin mühafizəsi, tarix diyarşünaslıq müzeyinin fəaliyyəti, rayonun bir neçə icra nümayəndəliyində sənədlərə dair təlimatın tələblərinə əməl olunması və vətəndaşların müraciətlərinə baxılması sahəsində görülən işlər, həmçinin rayon icra hakimiyyəti başçısının yerlərdə keçirdiyi səyyar qəbulların təşkili və həmin qəbullarda qaldırılan məsələlərin həllinin təmin edilməsi sahəsindəki vəziyyətə dair məsələlər daxil idi.
İclası giriş sözü ilə Ağstafa rayon icra hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev açaraq müzakirəyə çıxarılan məsələlərin əhəmiyyəti barədə danışdı.
Müzakirə olunan məsələlər barəsində rayon icra hakimiyyəti başçısının müavinləri Aydın Hacıyev, Lalə Eyyubova və ərazi idarəetmə və yerli özünü idarəetmə orqanlar ilə iş şöbəsinin müdiri Şaiq Qurbanovun məruzələri dinlənildi.
Məsələlər ətrafında rayon mədəniyyət və turizm, təhsil şöbələrinin müdirlərinin və bir neçə sahibkarların məlumatları da eşidildi.
Cənab Məhərrəm Quliyev həmin sahələrdə olan mövcud nöqsan və qüsurların aradan qaldırılması istiqamətində konkret tapşırıqlarını verdi.
Şura iclası işgüzar şəraitdə keçdi.