Ağstafalı məktəblilərin Qəbələ, Şəki və Zaqatala rayonları ilə tanışlığı
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçısı olan Ağstafalı məktəblilər Qəbələ, Şəki və Zaqatalaya səyahət ediblər. . Şagirdləri Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri qarşılayıblar. Rayondakı “Qafqaz Karvansaray” ”otelində yerləşən şagirdlər nahar etdikdən sonra Qəbələ ilə tanış olmağa başlayıblar. Qəbələyə səfərin ilk günü şagirdlərin marağına səbəb olan məkanlardan biri də Nohur gölü olub. Sıx meşəlik və dağlıq ərazidə yerləşən gölün ətrafında gəzintiyə çıxan məktəblilər orada xatirə şəkilləri çəkdiriblər. Sonra Yengicə kəndindəki “Zoopark”a ekskursiya edən şagirdlərə orada bəslənilən heyvanlar barəsində ətraflı məlumat verilib. Martın 24-ü tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında Şəki şəhər rəhbərliyi tərəfindən mehribanlıqla qarşılanıblar.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verib. Tur-aksiya iştirakçıları Şəki şəhər Dövlət Tarix-memarlıq qoruğu, Şəki Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə yaxından tanış olublar.
Günün ikinci yarısı məktəblilərin Zaqatala rayonuna səfərləri zamanı Heydər Əliyev Mərkəzi, Tarix-mədəniyyət qoruğu, Heydər parkı, Dədə Qorqud meydanı, Tarix-Diyarşunaslıq Muzeyi və Fındıq emalı zavodunda oldular.
Zaqatala rayonundan sonra yenidən Qəbələyə yoladüşən aksiya iştirakçıları Qəbələnin tarixi məkanları, turizm obyektləri və istehsal müəssisələri ilə yaxından olurlar.