Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH başçısı yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində görülən işlərlə yaxından tanış oldu

26 mart 2019 | 11:00

Ağstafa RİH başçısı Məhərrəm Quliyev rayonun yeni salınmış asfalt küçələrində  görülən işlərlə yaxından tanış oldu. Azərbaycanda yol infrastrukturunun inkişafı mühüm prioritetlər sırasındadır.  Müasir nəqliyyat-yol infrastrukturunun yaradılmasını qarşıya əsas hədəf kimi qoyan cənab Prezident İlham Əliyev avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində şəxsən iştirak edir, habelə işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verir. Rayonda yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artmışdır.

 

Keçidlər