Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon Heydər Əliyev mərkəzində “31 mart Azərbaycanlılarının Soyqrımı günü” mövzusunda tədbir keçirildi

30 mart 2019 | 11:00

30 mart 2019-cu il tarixində Ağstafa rayon İcra hakimiyyəti təşkilatçılığı ilə Heydər Əliyev mərkəzində  31 Mart – Azərbaycanlıların Soyqrımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib.  Tədbir iştirakçıları  soyqrım qurbanlarına həsr olunmuş kitab sərgisi ilə yaxından tanış olduqdan sonra onların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq “31 mart azərbaycanlılarının soyqırımı günü” barədə bildirdi ki, bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Bu qanlı faciəyə əsl hüquqi qiymət  Ulu Öndər tərəfindən verildi. Məhz ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub. Bildirildi ki, bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib. Həmin ildən etibarən bütün xalqımız  bu tarixi “31 Mart Azərbaycanlıların soyqırımı günü”  kimi  qeyd edir.
Sonra  Rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev və Ağstafa şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi İndra Səmədova qeyd etdilər ki, 1918-ci il 30 mart tarixdən aprel ayının 3 dək  əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscidləri, tarixi abidələri dağıtmış və Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu soyqrım nəticəsində 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdir.

 

Keçidlər