Şriftin ölçüsü :

Saytın rəngi :

«Narkomaniyaya yox deyək» mövzusunda maarifləndirici tədbir keçirildi

30 mart 2019 | 11:00

Ağstafa şəhər 1 saylı tam orta məktəbində yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə  Ağstafa rayon İcra hakimiyyəti, rayon prokurorluğu, rayon polis şöbəsi və təhsil şöbəsi ilə birlikdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi. Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etdilər. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Eyyubova qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Lalə Eyyubova qeyd etdi ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir. Rayon polisi şöbəsinin rəis müavini Zəfər Zeynalov,  rayon prokurorunun köməkçisi Rəhim Hüseynli, Təhsil şöbəsinin müdiri Kamran Abbasov, Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev və  başqaları çıxış edərək rayonda narkomaniyaya qarşı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat verdilər. Narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Çıxışçılar bəşəriyyətin faciəsinə çevrilmiş narkomaniya ilə mübarizə tədbirlərinin səmərəliliyini artırmağın zəruriliyini vurğuladılar.

 

Keçidlər