Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı şagird və müəllim heyəti Milli Qəhrəman Mübariz İbrahimovun valideynləri ilə görüşmək üçün Biləsuvar rayonunun Əliabad kəndinə gediblər

01 aprel 2019 | 11:00

Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin şagird və müəllimləri Biləsuvarın Əliabad kəndində doğulub boya-başa çatan Milli Qəhrəman Mübariz İbrahimovun evinə ziyarət edərək, valideynləri ilə görüşdülər. Sonra şagirdlər Milli Qəhrəman Mübariz İbrahimovun  təhsil aldığı 311 nömrəli məktəbi ziyarət ediblər. Şagirdlər Milli Qəhrəmanın Mübariz İbrahimov adına Biləsuvar məktəb-liseyinə də baş çəkdilər. Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş abidə önündə şeirlər söyləyib qehrəmanlığından söhbət açdılar. Bildirildi ki, Milli Qəhrəman Mübariz İbrahimov 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açmışdı. 2005-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdı. Əsgəri xidmətini Daxili Qoşunların "N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçirmişdi. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurmuşdu. Mübarizin 22 yaşı var idi. Bu yaşda insan böyük arzularla, istəklərlə yaşayır, hər şeyin yaxşı sonluğuna inanır. Mübariz hələ yaşanılası uzun bir yolun yolçusu idi. Ancaq o, başqa yol seçdi. 2010-cu il iyunun 19-da gecə saatlarında gizir Mübariz İbrahimov qoşunların təmas xəttini keçərək ilk həmlədə Ermənistan silahlı qüvvələrinin çoxlu sayda əsgər və zabitini məhv etdi. Sonra isə ermənilərin öz silahları ilə düz 6 saat onlarla təkbətək döyüşdü. Düşmən ağır itki verdi. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak oldu. Allah rəhmət eləsin.

 

Keçidlər