Paintball və Stend atıcılıq mərkəzinin tikintisi
2013-cü ildə tikintisinə başlanan Paintball və Stend atıcılıq mərkəzi ölkəmizdə ilk dəfə olaraq Ağstafa rayonunda reallaşdırılır. Rayonun Həsən-su çayı sahilində bu mərkəzin tikintisi üçün 2,0 ha torpaq sahəsi ayrilmışdır. Ərazidə topraq işləri başa çatdırılmış və hazırda inzibati binanın tuikintisinə başlanılmışdır.
Paintball və Stend atıcılıq mərkəzində müvafiq idman qurgu və avadanlıqları ilə yanaşı, su hovuzu, müşahidə məntəqəsi və rayonda olimpiya idman hərəkatının genişləndirilməsi və idmanın kütləviliyinin təmin edilməsi məqsədi ilə olimpiya idman növü olan stend atıcılığı və atıcılığın kütləvi növü alan sportinq (idman ovçuluq atıcılığı) meydançası da tikilir.
Paintball və Stend atıcılıq mərkəzi həm fəal istirahət və əyləncə mərkəzi olmaqla yanaşı yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaqdır.
Ağstafa rayon İcra hakimiyyəti bu layihənin həyata keçirilməsində həm idmanın kütləviliyinin təmin olunması, həm olimpiya hərakatının genişlənməsi, həm də gənclərimizin vətənpərvərlik tərbiyəsinin və hərbi xidmətə hazırlığının gücləndirlməsi məqsdələrini nəzərdə tutur.