Açıq səma altında mini Azərbaycan parkı
Azərbaycanın digər bölgələrində olduğu kimi Ağstafa rayonunda da geniş miqyaslı tikinti quruculuq, abadlıq işləri aparılır. Ağstafa şəhərinin içməli su və kanalizasiya sisteminin tikintisində ikinci mərhələ işlər görülür. Şəhərin küçələrinə asfalt qoyulması davam etdirilir.
Hazırda Ağstafa rayonunda ölkə üzrə ilk olan bir neçə layihə həyata keçirilir. Ağstafada bu günə kimi yalnız Avropa ölkələrində olan Açıq səma altında mini Azərbaycan parkının tikintisinə başlanılmışdır.
Ərazisi 2,5 ha olan bu muzey Azərbaycan Respubliksaının xəritəsininn tərtibatı üzərində ölkəmizin dövlət sərhəddi boyunca Azərbaycanı əhatə edən dağ silsilələri, çay və gölləri, təbiət mənzərələri, tarixi və müasir abidələrini əks etdirən miniatür parkı olacaqdır.
Azərbaycanın ayrı-ayrı bölgələrində olan və xalqımızın tarixi keçmişini yaşadan tikili abidələrimiz-saray və qala divarları, müqəddəs ziyarətgahlara aid türbə və məscidlərimiz, müasir dövrdə yaradılmış arxitektura nümunələri həmin muzeydə sərgilənəcəkdir.
Parkın ərazisində Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf mərhələlərini əks etdirən yeniliklərin də miniatür heykəlləri quraşdırılacaqdaır.
Hazırda parkda qızğın yaradıcılıq və tikinti işləri aparılır. Parkın cari ilin iyul-avqust ayında istifadəyə verilməsi nəzərdə tutulur.