Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olundu

01 iyun 2019 | 11:00

Bu gün  “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”dür. Bu münasibətlə  Ağstafa şəhəri Musiqi Mərkəzində  uşaqlar üçün geniş əyləncəli bayram tədbiri keçirilib. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin məsul işçiləri, rayonun məktəbəqədər təhsil müəssisələrinin kollektivləri, ibtidai sinif şagirdləri, müəllimlər və valideynlər iştirak ediblər.  Tədbiri giriş sözü ilə  rayon İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq uşaqları bu gün münasibəti ilə təbrik etdi. Qeyd olundu ki,  Dövlət başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Bu mühüm kampaniya çərçivəsində respublikamızda uşaq hüquqları sahəsində ardıcıl və məqsədyönlü xarakter daşıyan tədbirlər həyata keçirilmişdir. Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Fondun uşaqların intellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər də davamlıdır.
Tədbirdə uşaqların ifasında şer və  musiqi nümunələri, rəqs və müxtəlif səhnəciklər nümayiş etdirildi.

 

Keçidlər