Şriftin ölçüsü :

Saytın rəngi :

“15 iyun Milli Qurtuluş günü”

07 iyun 2013 | 10:00

“15 iyun Milli Qurtuluş günü” ilə əlaqədar olaraq Ağstafa rayonunda silsilə tədbirlər davam etdirilir. Bu gün Ağstafa rayon Təhsil şöbəsində Milli Qurtuluş gününün tarixi əhəmiyyəti, Azərbaycanda müstəqil dövlət quruculuğu yolunda Heydər Əliyevin tarixi roluna həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə qeyd edildi ki, tariximizdə Milli Qurtuluş günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan ulu öndər Heydər Əliyev olmuşdur.

Keçidlər