YAP Ağstafa rayon təşkilatında 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilmişdir
12 iyun 2019-cu il tarixində Ağstafa rayon Gənclər və İdman idarəsi və YAP Ağstafa rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş"Qurtuluş günü-Müasir Azərbaycanın inkişafının başlanğıc tarixi" mövzusunda gənclərlə maarifləndirmə görüşü keçirilmişdir.Tədbirdə qeyd edilmişdir ki, 1993 -cü il iyunun 15-i Azərbaycanın müstəqillik tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Ulu öndər milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. 1993-cü ildə xalqın xahiş və tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən cəmiyyətin qurulmasında həlledici rol oynamışdır. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.