Şriftin ölçüsü :

Saytın rəngi :

“15 iyun Milli Qurtuluş günü”

10 iyun 2013 | 10:00

“15 iyun Milli Qurtuluş günü” ilə əlaqədar olaraq Ağstafa rayonunda silsilə tədbirlər davam etdirilir. Ağstafa rayon Mərkəzi Xəstəxanasının əmək kollektivi də Milli Qurtuluş günü münasibəti ilə böyük tədbir keçirtmişdir. Tədbirdə 15 iyun 1993-cü il tarixi bir daha yada salınmış, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin məhv olma təhlükəsindən qurtarmasında göstərdiyi şəxsi fədakarlığı və müdrikliyi qeyd edilmişdir.
Tədbir iştirakçıları öz çıxışlarında qeyd etmişdirlər ki, Azərbaycan səhiyyəsində səhiyyənin, tibb elmi və tibb təhsili sisteminin bütün ağırlıqlarını öz çiyinləri üzərinə götürərək onu inkişaf etdirən və gələcək perspektivlərini müəyyənləşdirən dahi Heydər Əliyev dəsti-xətti, qüdrəti öz möhtəşəmliyi ilə kəskin surətdə seçilir və bənzərsizliyi ilə fərqlənir.

Keçidlər