Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Gender əsaslı bələdiyyələrin təşviqi” ilə bağlı tədbir keçirilib

28 iyun 2019 | 11:00

Ağstafa rayonunda aprelin 27-də  Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində “ Qadınlar Bələdiyyələrin İnkişafı Uğurunda” İctimai Birliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Dayanıqlı İnkişaf məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi” layihəsinin Ağstafa rayonunda Tatlı kəndində növbəti tədbiri keçirilib.
Tədbiri giriş sözu ilə Ağstafa Rayonu İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq, layihənin vacibliyini, tədbirin əsas məqsədinin 27 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində qadın iştirakçılığının gücləndirilməsinin əhəmiyyətindən, kişi və qadının bir yerdə müzakirələrin keçirilməsi, müxtəlif fikir yürütməsi, birgə çiyin-çiyinə fəaliyyət göstərməklə daha çox səmərə və nailiyyət əldə olunmasının vacibliyindən və hər bir ölkədə olduğu kimi, Azərbaycanda da gender bərabərliyinin təmin olunması ölkəmizin inkişafına təkan verməsindən danışdı.
  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Sədaqət Qəhrəmanova layihə barədə məlumat verib qeyd etdi ki, ölkəmizdə bələdiyyələrdə qadınların təmsilçiliyi əvvəllər 4 faiz idisə, hazırda dövlətimizin apardığı siyasət nəticəsində bu rəqəm 35 faizə çatıb. Gender bərabərliyi inkişafın dayanıqlılığını təmin edir. Davamlı inkişaf ölkədə gender bərabərliyini zəruri edir. Bu layihə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edəcək.
Tədbirin sonunda, proqrama uyğun olaraq bələdiyyə seçkilərində və idarəçiliyində qadın iştirakçılığını gücləndirən tədbirləri və təklifləri müəyyənləşdirmək məqsədi ilə sorğu keçirilib və iştirakçılarla birgə xatirə fotosu çəkdirilib.

 

Keçidlər