Şriftin ölçüsü :

Saytın rəngi :

Peyntbol və stend atıcılıq mərkəzi

11 iyun 2013 | 10:00

 Ağstafa rayonunda inşa olunan Peyntbol və stend atıcılıq mərkəzi ölkəmizdə bölgələr içərisində ilk dəfə olaraq həyata keçirilən idman oyunları və əyləncə yeri kimi Rayonun Həsənsu çayı sahilində bu mərkəzin tikintisi üçün 2,0 ha torpaq sahəsi ayrılmışdır. Ərazidə torpaq işləri başa çatdırılmış, inzibati binanın, idman qurğuları və meydançalarının tikintisi aparılır.
Paintball və Stend atıcılıq mərkəzi həm fəal istirahət və əyləncə mərkəzi olmaqla yanaşı yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində də mühüm rol oynayacaqdır.
Mərkəzin ərazisində xeyli sayda təbii maneələr və sığınacaqlar qurulur, həm idman oyunlarının həm də fəal istirahətin təşkili üçün zəruri infrastruktur obyektlərin tikintisi işləri aparılır
Ağstafa rayon İcra hakimiyyəti bu layihənin həyata keçirilməsində həm idmanın kütləviliyinin təmin olunması, həm olimpiya hərakatının genişlənməsi, həm də gənclərimizin  vətənpərvərlik tərbiyəsinin və hərbi xidmətə hazırlığının gücləndirlməsi məqsdələrini nəzərdə tutur.

Keçidlər