Kənd təsərrüfatı nazirinin müavini Ağstafada vətəndaşları qəbul edəcək
25 iyul 2019 | 11:00
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov 26 iyul 2019-cu il tarixində saat 11:00-da Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağstafa və Qazax rayon sakinlərini qəbul edəcək. Qəbulda Ağstafa və Qazax rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.