Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon təhsil işçilərinin sentyabr konfransı

11 sentyabr 2012 | 10:00

10 sentyabr 2012-ci il tarixdə Ağstafa Rayon Heydər Əliyev Mərkəzində rayon təhsil işçilərinin Sentyabr konfransı keçirilmişdir. Tədbirdən öncə konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşdular.
Konfransı giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq yeni tədris ilinin başlaması münasibəti ilə rayon təhsil işçilərini təbrik etmiş, təhsil sahəsində həyata keçirilmiş tədbirlər haqqında danışmışdır.
Rayon Təhsil Şöbəsinin müdiri Fərhad Vəliyev 2011-2012-ci il tədris ilində görülmüş və görüləcək işlər barədə geniş məruzə ilə çıxış etmişdir.
Daha sonra millət vəkilləri Nizami Cəfərov və İlyas İsmayılov çıxış edərək Ağstafa rayonunda son dövrdə bütün sahələrdə olduğu kimi təhsil sistemində də müsbət irəliləyişin olduğunu qeyd etdilər.
Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri İlham Pirməmmədov çıxış edərək son dövrdə ölkəmizdə təhsil sahəsində görülmüş işlər haqqında konfrans iştirakçılarına geniş məlumat verdi.
Konfransda ali məktəblərə yüksək balla daxil olmuş, bir çox yarış və müsabiqələrdə yüksək nəaliyyət əldə etmiş şagirdlərə və səmərəli pedaqoji fəaliyyətlərinə görə fərqlənmiş müəllimlərə Ağstafa rayon İcra hakimiyyətinin “Fəxri fərman”ları və hədiyyələri təqdim olundu.
Tədbirin yekununda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət oxundu.

 

Keçidlər