Şriftin ölçüsü :

Saytın rəngi :

“15 iyun Milli Qurtuluş günü”

12 iyun 2013 | 10:00

“15 iyun Milli Qurtuluş günü” münasibəti ilə Ağstafa rayonunda silsilə tədbirlər davam etdirilir. Tədbirlər planına uyğun olaraq Ağstafa rayon Gənclər Mərkəzində 15 iyun "Milli qurtuluş günü" ilə əlaqədar "Heydər Əliyev və dövlət gənclər siyasəti" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Tədbirdə 15 iyun 1993-cü il tarixi bir daha yada salınmış, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin məhv olma təhlükəsindən qurtarmasında göstərdiyi şəxsi fədakarlığı və müdrikliyi qeyd edilmişdir.
Tədbir iştirakçıları öz çıxışlarında bildirmişlər ki, Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük səyi olmuşdur. Heydər Əliyev yalnız dövlətçiliyimizin, müstəqilliyimizin qurucusu deyil, eyni zamanda gənclər siyasətinin yeni forma və çalarlarla zənginləşməsinin, gənclərin inkişafı və onların potensialından cəmiyyətin inkişafı üçün istifadə edilməsində özünü göstərən elmi, mənəvi əsaslara dayanan gənclər siyasətinin də qurucusudur.

Keçidlər