“Öz biznesinə Başla” mövzusunda təlim keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 06.12.2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və
emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq “Kənd yerlərində qadınların və gənclərin məşğulluğunun artırılması” bəndinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən iqtisadi rayonlar üzrə yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti dövlət və beynəlxalq təşkilatlarının iştirakı ilə sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər və qadınlar üçün “Öz biznesinə Başla” mövzusunda maarifləndirici təlim keçirilmişdir.
Təlimdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən, biznes ideyası olan və öz biznesini yaratmaq istəyən 25 nəfər gənc qadın iştirakçıya özünüqiymətləndirmə, xərclərin idarə olunması, biznes planının hazırlanması, Öz Biznesinə Başla-marketinq araşdırma və İKT sahəsi üzrə məşğələlər keçirilmişdir.