Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni yaşayış kompleksi

16 iyun 2013 | 10:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Ağstafa şəhərində qəzalı və kommunal şəraiti olmayan evlərdə yaşayan sakinlər üçün 1 ədəd 3 bloklu 48 mənzilli və 1 ədəd 2 bloklu 40 mənzilli olmaqla 88 mənzildən ibarət yaşayış kompleksi inşa edilir. Binaların təməli 2012-ci ilin sentyabr ayında qoyulmuşdur. Hazırda hər iki binada tamamlama işləri aparılır. Binaların yerləşdiyi Hüseyn Arif küçəsində geniş miqyaslı abadlıq-quruculuq işləri aparılır. Küçə boyu monolit beton bardur qoyulmuş, yolun piyadalar üçün olan hissəsinə səki daşı düzülür, küçəyə yeni asfalty örtüyü qoyulur. Yolun bir tərəfində təbii  piramidalar quraşdırılmış, müasir işıqlanma sistemi qoyulmuşdur.
     Sakinlərin iyul ayında yeni binalara köçürülməsi nəzərdə tutulur.

Keçidlər