“Səyyar ASAN” xidməti 04.10.2019-cu il tarixdən 02.11.2019-cu il tarixədək Ağstafada vətəndaşlara səyyar xidmət göstərəcəkdir
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" Mərkəzinin “Səyyar ASAN Qatar” xidməti 4 oktyabr 2019-cu il tarixdən 2 noyabr 2019-cu il tarixədək Ağstafa rayonunda vətəndaşlara səyyar xidmət göstərəcəkdir.
Ünvan: Ağstafa şəhəri, Rafiq Alıcanov küçəsi, Ağstafa Dəmiryolu stansiyası.
Əlavə məlumat üçün “108” Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Göstəriləcək xidmətlər:
Ədliyyə Nazirliyi:
• Notariat fəaliyyəti;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı.
Daxili İşlər Nazirliyi:
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Dövlət Sosial Müdafiə Fondu:
• Əmək pensiyalarının təyin edilməsi;
Əmlak Məsələləri Dövlət Komitəsi:
• Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) və texniki pasportların verilməsi
• Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların və texniki pasportların verilməsi;
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüqüqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi.
Yardımçı xidmətlər:
• Poçt xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);
• Tibb xidmət;
• Tərcümə xidməti.
Qeyd: Səyyar "ASAN Qatar"da sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.
Hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.