“Əmək yarmarkası”
21 iyun 2013 | 10:00
Rayonda işsizliyin azalması, əhalinin məşğulluğunun artması və sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin 27 may 2013-cü il tarixli 103 saylı Sərəncamına əsasən Heydər Əliyev Mərkəzində növbəti əmək yarmarkası keçirildi.
“Əmək yarmarkası”na rayonun 49 təşkilatı 250 boş iş yeri çıxarmışdır. Ümumilikdə təklif olunan boş iş yerlərinin əmək haqqının munimum həddi 94,00 manat, maksimum həddi 400,0 manat olmuşdur.
İşə düzəlmək üçün yarmarkaya 200 nəfər müraciət etmişdir və onlara müvafiq boş iş yerləri təklif edilmişdir.