Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Erkən nikahlar” və “Narkomaniya və onun fəsadları” mövzularında tədbir keçirilmişdir

16 oktyabr 2019 | 11:00

16 oktyabr 2019-cu il tarixdə Ağstafa şəhər 1 saylı tam orta məktəbində “Azərbaycan ailəsi və milli mənəvi dəyərlərimiz”, “Erkən nikahlar” və  “Narkomaniya və onun fəsadları” mövzularında tədbir keçirilmişdir.  Tədbiri giriş sözü ilə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev açaraq bildirdi ki, Ağstafa rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə “Ağstafa rayonunda dini qurumlarla işin təkmilləşdirilməsi barədə” Ağstafa Rayonu İcra Hakimiyyətinin tədbirlər planı təsdiq olunmuşdur. Tədbirlər planına uyğun olaraq idarə, müəssisə və təşkilatlarda, eləcədə rayonun ümumtəhsil məktəblərində “İslamın ailəyə verdiyi dəyər: Müasir cəmiyyətdə ailə dəyərlərimizin təbliği”, “Ölkədə dövlət-din münasibətləri, dinlərarası dialoq və tolerantlıq” sahəsində tədbirlər həyata keçirilir. Qeyd edildi ki, hər bir cəmiyyətdə milli və mənəvi dəyərlərin qorunması həmin cəmiyyətin inkişafı ilə mütləq şəkildə əlaqəlidir. Çünki hər bir xalq özünəməxsus dəyərlərin daşıyıcısıdır. Azərbaycan xalqı da tarixən öz milli, əxlaqi və mədəni dəyərləri ilə böyük inkişaf yolu keçmişdir. Bu baxımdan İslam dini böyük mənəvi dəyərləri özündə birləşdirir, insanların bir-biri ilə mehriban yaşamasını, daim təkmilləşməyi, öyrənməyi tövsiyə edir və ailə dəyərlərinə böyük önəm verir.
         Sonra rayon Polis Şöbəsinin  rəis müavini İlham Kərimov, Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev, Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Əli Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Qərib Abbasov “Narkomaniya və onun fəsadları” və “Erkən nikahlar” mövzularında çıxış edərək bildirdilər ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisindən ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Yeniyetmə və gənclərimiz bu kimi zərərli vərdişlərdən uzaq durmalı, sağlam mühitdə böyüməli və oxumalıdırlar.

 

Keçidlər