Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclərimizin tərbiyyəsində milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilmişdi

24 oktyabr 2019 | 11:00

25 oktyabr 2019-cu il tarixdə Ağstafa şəhər 2 saylı tam orta məktəbində “Gənclərimizin tərbiyyəsində milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilmişdi.     
         Tədbiri giriş sözü ilə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev açaraq bildirdi ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. İslam dini də bizim milli-mənəvi kimliyimizin ayrılmaz hissəsidir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, “Dinimiz xalqımızın milli-mənəvi sərvətidir”.
         Sonra Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Əli Əliyev, Ağstafa şəhər 2 saylı tam orta məktəbin direktoru Vəfa Tağıyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Qərib Abbasov, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Turan Hüseynov, Dağkəsəmən kənd “Eyyub ağa”  məsçidinin imamı və dini icmasının sədri Hüseyn Hüseynov çıxış edərək yeniyetmə və gənclərimizin tərbiyyəsində milli-mənəvi dəyərlərimizin rolunun böyük olduğunu, bu dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasının vacib olduğunu qeyd etdilər.
        Tədbirin sonunda  bu sahədə bilgilərin artırılması məqsədi ilə məktəbə kitablar hədiyyə olundu.

 

Keçidlər