Ağstafada Şəhid “ Şahlar Hüseynovun xatirəsinə həsr olunmuş karate-do idman növü üzrə Açıq rayon birinciliyi” kecirilmişdir
Namiq Həmzəyev adına Göycəli kənd tam orta məktəbin idman zalında Ağstafa rayon Gənclər və İdman idarəsinin və Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə dövlət xidmətinin Ağstafa rayon şöbəsinin birgə təşkilatçılığı ilə şəhid Şahlar Hüseyn oğlu Hüseynovun xatirəsinə həsr olunmuş karate-do üzrə uşaqlar və yeniyetmələr arasında açıq Ağstafa rayon birinciliyi keçirilmişdi. Birincilikdə Gürcüstan resbubilkası, Gəncə və Şəki şəhərlərindən Göygöl, Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarından 100-ə yaxın idmançı mübarizə aparmışdır.Tədbirin təntənəli açlış mərasındə Şəhidin ailə üzvüləri ziyalılar rayon ictimayətinin nümayəndələri iştirak etmişdir.Tədbiri giriş sözü ilə Ağstafa rayon Gənclər və idman İdarəsinin rəisi Feyruz Həsənov açaraq belə xatirə turnirlərinin təşkilində əsas məqsədin yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi ,Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərmizin xatirəsini əbədiləşdirmək, rayonda idmanın inkişafına təkan verməkdir. Açlış mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət xidmətinin Ağstafa rayon şöbəsinin rəisi Nazim Çələbiyev Şəhidin atası Hüseyin Əzizoğlu ,Şair publisist Aydın Tağızadə vətənpərvərlik ruhunda çıxışlar edərək şəhid Şahlar Hüseynov haqqında xatirələrini qeyd etdilər .Yarış WKF (Dünya Karate Fedarasıyası)qaydalarına uyğun kecirilərək Ümümilikdə medal sayna görə 1-ci yerə Ağstafa rayonu (komandası) 2-ci yerə Gəncə şəhəri(2 saylı UGŞİM) 3-cü yerə Qazax rayonu (Avey idman kulubu) və Gürcüstan respublkasının komandası laiq görülmüşdür.