180 şagird yerlik Düzqışlaq kənd tam orta məktəbinin açılışı olmuşdur
15 sentyabr 2012-ci il tarixdə “Bilik Günü” munasibəti ilə rayonun ümumtəhsil məktəblərində tədbirlər keçirilmişdir. 180 şagird yerlik Düzqışlaq kənd tam orta məktəbinin açılışı olmuşdur. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev çıxış edərək müəllim və şagirdləri 15 – sentyabr “Bilik Günü” və yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara yeni nəaliyyətlər və uğurlar arzulamışdır. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğısının nəticəsində ölkəmizdə 2000-ə qədər yeni məktəb və əlavə korpuslar tikilmiş, həmçinin təhsil müəssisələrinin əsaslı təmiri və bərpası, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Heydər Əliyev Fondunun prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva da bu prosesdə yaxından iştirak etmişdir. Belə ki, Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın müxtəlif bölgələrində 200-dən çox yeni məktəb binaları inşa edilmişdir. Daha sonra İcra başçısı rayonda 2 məktəbin yeni tədris ili üçün istifadəyə verildiyini, Soyuqbulaq, Köçəskər və Göycəli kənd tam orta məktəblərinin tikintisinə başlanıldığını, rayonun bütün ümumtəhsil məktəblərində cari təmir işlərinin aparıldığını və yeni dövlətçilik güşələrinin yaradıldığını bildirmişdir