Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov Ağstafa rayonu Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbulda bölgədə yerləşən rayonların (Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux) sakinlərinin, eləcə də Kəlbəcər rayonundan olan və bu bölgədə məskunlaşan məcburi köçkünlərin, ümumilikdə 80 nəfərə yaxın müraciətləri dinlənilib. Müraciət edən vətəndaşların bir qisminin qaldırdıqları məsələlər yerində həllini tapıb. Həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özünədəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb. Digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə göstəriş verilib.
Vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.