Şriftin ölçüsü :

Saytın rəngi :

“Ailə daxili münasibətlərin sosial rollara təsiri müsbət valideynlik” mövzusunda təlim keçirilmişdir

06 dekabr 2019 | 11:00

6 dekabr 2019-cu il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailə daxili münasibətlərin Sosial rollara təsiri müsbət valideynlik” mövzusunda Heydər Əliyev Mərkəzində seminar keçirilmişdir. Seminarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə iş şöbəsinin baş məsləhətçisi Məftuna İsmayılova, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əməkdaşı Məlahət Mövsümova, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Səhiyyə işçiləri, ümumtəhsil məktəblər üzrə psixoloqlar və digər nümayəndələr iştirak etmişdilər. Dəyirmi masa arxasında ailə daxili müsbət mühitin uşaqların inkişafına təsiri, müsbət valideynlik, ailə üzvlərinin ünsiyyətinin vacibliyi, məişət zorakılığı hallarının qarşısının alınması yolları, ailə münasibətlərində qadınların və kişilərin hüquqları üzrə mövzular müzakirə edilib. Seminarda Komitənin və GİZ-in birgə nəşri olan “Qadın hüquqları üzrə bələdçi” kitabı, metodiki vəsait kimi iştirakçılara paylanılıb. Seminar qarşılıqlı müzakirələr şəklində davam edib.

Keçidlər