Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağstafa rayonuna səfərə gəlmişdir

05 iyul 2013 | 10:00

Prezident İlham Əliyev ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində iyulun 5-də Ağstafa rayonuna gəlmişdir.
Dövlət başçısı əvvəlcə Ağstafa şəhərinin mərkəzindəki Heydər Parkında xalqımızın Ümummilli Liderinin abidəsi önünə gül dəstəsi qoydu.
Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan Prezidentinə Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq işləri barədə məlumat verdi. Bildirildi ki, parkda rayon sakinlərinin istirahəti üçün hərtərəfli şərait yaradılmışdır.

Keçidlər