Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan ailə modeli” mövzusunda tədbir keçirildi

13 dekabr 2019 | 11:00

13 dekabr 2019-cu il tarixdə Aşağı Göycəli kənd tam orta məktəbində “Azərbaycan ailəsi və milli mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində “Azərbaycan ailə modeli” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev açaraq bildirdi ki, dövlət-din münasibətləri zəngin milli-mənəvi dəyərlərimizə söykənir və müasir hüquqi normalarla tənzimlənir. Ölkəmizdə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin tərkib hissəsidir. Yüz illər boyu yüksək milli-mənəvi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqatlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcud olmuşdur. Milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Azərbaycançlıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Qərib Abbasov, Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev, Aşağı Göycəli kənd tam orta məktəbinin direktoru Flora Ələkbərova, Dağkəsəmən kənd “Eyyub ağa”  məsçidinin imamı və dini icmasının sədri Hüseyn Hüseynov çıxış edərək bildirdilər ki, Azərbaycan xalqının zəngin ailə dəyləri vardır. Bu dəyərləri yaşatmaq və gələcək nəsillərə çatdırmaq bizim üzərimizə düşən əsas vəzifələrdən biridir.
Tədbirin sonunda bu sahədə bilgilərin artırılması məqsədi ilə məktəbə 54 ədəd kitab hədiyyə olundu.

Keçidlər