Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada beş kənddə İƏD üzrə nümayədəliklərin hesabat yığıncağı keçirildi

08 yanvar 2020 | 11:00

«Yerli İcra hakimiyyətləri haqqında” Əsasnamənin  tələblərinə uyğun olaraq Ağstafa rayon İcra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin hesabat yığıncaqları keçirilmişdir. 2020-cu ilin 8 yanvar tarixində rayonun Ağgöl, Pirili, Xılxına, Aşağı Kəsəmən kəndlərinin və Qarayazı qəsəbəsinin İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir. 
Nümayəndəliklərdə iştirak edən  Ağstafa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Vüqar Tağıyev, İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Əziz Məsmalıyev, Ağstafa Dövlət Aqrar inkişaf Mərkəzinin direktoru Ramiz İmanov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Feyruz Həsənov əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi-iqtisadi və sosial yüksəliş strategiyasıdan danışdılar. Hesabat yığıncağında qeyd edildi ki, dövlət başçısının ölkədə işsizliyin tamamilə aradan qaldırılması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq,  rayonda iş yerlərinin açılması üçün mövcud imkanlardan maksimum istifadə olunub. Regionlarının davamlı inkişafı prosesində Ağstafanın da bir çox uğurlara imza atdığını, rayonun ümumi sosial-iqtisadi inkişaf tempində öz mövqeyini qoruyub saxladığını diqqətə çatdırdı.
Sonda inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin  2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları açıq fikir mübadiləsi və diskusiyalar şəraitində keçirilmiş və sakinlər çıxış edərək onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə etdilər. Kənd sakinləri yaşayış məntəqələrinin müəyyən sosial problemlərinin həlli ilə əlaqədar öz təkliflərini səsləndirdilər.

Keçidlər