Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun daha altı kəndində İƏD üzrə nümayədəliklərin hesabat yığıncağı keçirilmişdir

10 yanvar 2020 | 11:00

2020-ci ilin 10 yanvar tarixində rayonun, Həsənsu, Qarahəsənli, Böyük Kəsik Saloğlu, Kolxəlfəli, Göycəli və Köhnəqışlaq kəndlərində İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə  həsr olunmuş hesabat yığıncaqları keçirildi.
Nümayəndəliklərdə iştirak edən Ağstafa rayon İcra hakimiyyətinin məsul işçiləri, Ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında 2019-cu ildə Azərbaycanın bütün istiqamətlərdə uğurlu nailiyyətlər əldə etməsindən,  mürəkkəb qlobal iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatında dinamik inkişaf və makroiqtisadi sabitlik davam etdirməsindən, həyata keçirilən bir sıra layihələrdən danışdılar.
Yığıncaqlarda mövcud problemlərdən danışılmış,  sakinləri maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər