Vurğun qəsəbə, Zəlimxan, Qırılı kənd İƏD-si üzrə 2019-cu ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilib
Bu gün Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Vurğun qəsəbə, Zəlimxan, Qırılı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Ağstafa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Vüqar Tağıyev Qırılı kənd İƏD-də, İnformasiya təminatı və təhlil sektorunun müdiri Leyla İsayeva Vurğun qəsəbə İƏD-də, Hüquq şöbəsinin müdiri Müşviq Hüseynov Zəlimxan kənd İƏD-də iştirak ediblər. Yığıncağı aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib.
«Yerli İcra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq keçirilən Hesabat yığıncağında əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi-iqtisadi və sosial yüksəliş strategiyasıdan danışıldı. Regionlarının davamlı inkişafı prosesində Ağstafanın da bir çox uğurlara imza atdığını, rayonun ümumi sosial-iqtisadi inkişaf tempində öz mövqeyini qoruyub saxladığı diqqətə çatdırıldı.
Sonda inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları açıq fikir mübadiləsi və diskusiyalar şəraitində keçirildi və sakinlər çıxış edərək onlara göstərilən dövlət qayğısından razı olduqlarını qeyd etdilər. Kənd sakinləri yaşayış məntəqələrinin müəyyən sosial problemlərinin həlli ilə əlaqədar öz təkliflərini səsləndirdilər.