Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun ümumtəhsil məktəbləri 20 Yanvar şəhidlərimizin əziz xatirəsini yad edirlər

17 yanvar 2020 | 11:00

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin Sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin otuzuncu  ildönümü ilə bağlı tədbirlər planı” na əsasən  ölkəmizdə keçirilən silsilə anım tədbirləri Ağstafada da davam etdirilir. Sərəncama  əsasən rayonun idarə və təşkilatlarda 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulur.
Bu gün rayonun təhsil müəssisələrində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş silsilə anım tədbirləri keçirilmişdir. Şəhər 1 və 2 saylı,  Qırılı kənd tam orta məktəblərində, Ağstafa rayon UGİM-nin keçirdiyi tədbirlərdə qeyd edildi ki,  xalqımıza qarşı törədilən bu qətliama ilk dəfə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev siyasi qiymət vermişdir. İllər keçib qərinələr dolansa da xalqımız tarixinin bu şərəf və qəhrəmanlıq səhifəsinı heç vaxt unudulmayacaq, şəhidlərin əziz xatirəsi daim ehtiramla uca tutulacaqdır.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

 

Keçidlər