Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir

05 iyul 2013 | 10:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir.
Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşdü.
Rayon sakini Qalib Cəfərov Ağstafanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını çatdırdı.
Sonra xatirə şəkli çəkdirildi.
Qeyd edildi ki, Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2010-cu ilin dekabrında başlanılmışdır. Layihənin potensialı Ağstafa şəhəri, Xətai qəsəbəsi, Qaçaq Kərəm, Yenigün, Aşağı Kəsəmən və Aşağı Göycəli kəndlərini əhatə edir. Hazırda tikintisi başa çatdırılmış su mənbəyinin potensialı 18 min şəhər və 22 min kənd əhalisinin suya olan tələbatını tam ödəyəcəkdir. Bu da əlavə yaşayış məntəqələrinin sistemə qoşulmasına imkan verir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiq etmişdir.
Prezident İlham Əliyev Ağstafa şəhər çirkab suların təmizlənmə qurğusunun maketinə baxdı.
Sonra dövlətimizin başçısı Ağstafaya suyun verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər