Ağstafada 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı rayonunun Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. Ümumxalq hüzn günündə Ağstafa Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlarının kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə qan yaddaşına əbədi həkk olunmuş 20 yanvar faciəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoyulmuşdur. Vətənin azadlığı, suverenliyi və birliyi uğrunda canlarından keçmiş, günahsız qətlə yetirilən Azərbaycan oğullarının və qızlarının əziz xatirəsi böyük ehtiramla yad edilmişdir. Mərasim həzn musiqi sədalarının müşaiyəti ilə keçirilmişdir.
Həmçinin bu gün Ağstafa rayonunun Vurğun qəsəbəsində 20 yanvar şəhidi Əzizov Habil Kommunar oğlunun qəbri, Ağstafa şəhərində, Xətai, Göycəli və Dağ Kəsəmən kəndlərində Azərbaycanın Milli Qəhrəmanları Rafiq Alıcanovun, İlham Həsənovun, Novruz Qurbanovun və Arif Qədiməliyevin büstləri ziyarət edilib.