Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa Rayon İcra Hakimiyyətində daha altı gənc könüllülük təlimlərini müvəffəqiyyətlə başa vurdu.

29 yanvar 2020 | 11:00

Bu gün Ağstafa Rayon İcra Hakimiyyətində könüllü kimi fəaliyyətdə olan gənclərlə görüş keçirildi.Tədbirdə çıxış edən Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova əvvəlcə könüllü kimi fəaliyyətlərini uğurla başa vuran gəncləri səmimi  qəlbdən təbrik etdi, bundan sonrakı fəaliyyətlərində də uğurlar arzuladı.
Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ili  Azərbaycan Respublikasında “Könüllülər ili” elan edildiyini  qeyd etdi.
Könüllülük hərəkatının inkişafından söz açaraq Dövlət Başçısının göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini bildirdi. Qeyd etdi ki, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişini aşılamaq,  yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək böyük əhəmiyyət kəsb edir və bu gənclərə geniş imkanlar yaradır.
Könüllülərdən Hacıyeva Gülnarə, Həmzəli Nərmin, Həmzəli Nərminə, Vəliyeva Leyla, Əliyeva Rumiyyə, Əsgərov İlqar çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini,  İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.
Sonra könüllü fəaliyyətini uğurla başa vuran  altı fəal gəncə Şəhadətnamələr təqdim olundu və sonda xatirə şəkli çəkdirildi.

 

 

Keçidlər