Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhər İƏD üzrə nümayəndəsinin 2019-cu ildə şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabatı keçirilmişdir

31 yanvar 2020 | 11:00

Bu gün   Ağstafa şəhər inzibati ərazi dairəsi  üzrə İcra nümayəndəsinin 2019-cu ildə şəhərin  sosial-iqtisadi  inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabatı keçirilmişdir.
Ağstafa RİH başçısının Ağstafa şəhər iəd üzrə nümayəndəsi Etibar Hacıyev çıxış edərək qeyd etmişdir kii, ötən ildə Azərbaycanımızın hər yerində olduğu kimi, Ağstafa rayonunda da sosial-iqtisadi sahələrdə uğurlu nəticələr əldə olunmuşdur. Şəhərdə aparılan abadlıq-quruculuq işləri sürətlə davam etdirilmişdir. Rayon mərkəzində 12876 nəfər əhali yaşamaqla, Ağstafa şəhərinin ərazisi 257 ha təşkil edir. Ağstafa şəhərinin Heydər Əliyev, Miniatür Azərbaycan, Mehdi Mustafayev və Səməd Vurğun parklarında sakinlərin asudə vaxtınin səmərəli keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Heydər Əliyev, Səməd Vurğun və Mehdi Mustafayev parklarında fəvvarələr təmir olunmuş, oturacaqlar yenilənərək tam bərpa olunmuşdur. Parklarda işıqlanma dirəkləri təmir olunaraq yenidən rənglənmişdir. “Miniatür Azərbaycan” parkında təmir-bərpa işləri görülmüşdür.
2019-cu ildə Ağstafa şəhərinin Aşıq Ələsgər, Mehdi Mustafayev, Həzi Aslanov, Şıxəli Qurbanov, Müslüm Maqomayev küçələrinə ümumi uzunluğu 3465.0 metr olmaqla, 20790.0 m2 asfalt döşənmişdir. Eyni zamanda M.Ə.Rəsulzadə və Şıxəli Qurbanov küçəsində yerləşən çoxmənzilli kommunal yaşayış binalarının həyətlərinə 1700.0 m2 asfalt  örtüyü döşənmişdir. S.Ağamalıoğlu küçəsi 1 və 1 A saylı binalarda ventilyasiya sistemi təmir olunmuş, həyətlərində ağaclar budanmışdır. Binaların istilik sistemi təmir olunaraq vətəndaşların istifadəsinə verilmişdir. Ümumilikdə S.Vurğun küçəsi -98, M.Ə.Rəsulzadə küçəsi - 24, 92, 92 a, M.Allahverdiyev küçəsi – 16, 20, 22, H.Arif küçəsi – 1, 4, 6, Ş.Qurbanov küçəsi – 23,24, Ü.Hacıbəyli küçəsi – 28 ünvanında yerləşən çoxmənzilli yaşayış binalarının tüstü bacaları təmizlənmiş və ventilyasiya sistemləri təmir edilmişdir. Şəhərin içməli suya olan tələbatı Həsənsu kəndində olan 6 ədəd subarteziyan nasosları vasitəsi ödənilir. Vurğun qəsəbəsi ərazisində  olan 2 ədəd tutumu 1500 və 1000 m3 olan anbarlara toplanaraq şəhərə nəql olunur. H.Arif, 20 yanvar, A.Ələsgər, Qarabağ küçələrinin su xətlərində borular təmir olunmuşdur. S.Ağamalıoğlu 19, M.Ə.Rəsulzadə küçəsi 24 nömrəli binaların  zirzəmilərində kanalizasiya boruları yenilənmiş, S.Vurğun küçəsi 98, M.Ə.Rəsulzadə küçəsi 92, Ş.Qurbanov küçəsi 23 və 24 saylı binaların zirzəmilərində isə kanalizasiya boruları təmir olunmuşdur.
Vurğun qəsəbəsində yerləşən 100 və 1500 m3-lik su anbarları yuyularaq dizinfeksiya edilmişdir. Ə.Nəbiyev, Q.Kərəm, M.Füzuli, 20 yanvar, M.Ə.Rəsulzadə, M.Mustafayev, Ə.Əhmədov, H.Aslanov, R.Alıcanov küçələrində kanalizasiya xətləri yuyulmuş və baxış quyuları təmizlənmişdir.
Dövlət proqramına uyğun olaraq Ağstafa su kanal sahəsinin xidməti ərazisində Osmos tipli su təmizləyici qurğunun tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Ağstafa Elektrik Şəbəkəsi tərəfindən şəhərin mərkəzində yerləşən 110/35/10 kVAğstafa yarımstansiyasına müasir tipli avadanlıqlar quraşdırılmaqla yenidən inşa olunmuşdur.
33-cü məhəllə ərazisində çürük ağac dayaqlar 11 ədəd metal dayaqlarla əvəz olunmuş, 62 ədəd 0.4 kV-luq metal dayaqlar quraşdırılmış və 2827 m SİP kabel xətti çəkilmişdir. Qarabağ məhəlləsində 0.4 kV-luq  ərazisində çürük ağac dayaqlar 55 ədəd metal dayaqlarla əvəz olunmuş, 1263 m SİP kabel xətti çəkilmişdir. Yeni yaşayış massivində əhalinin artımını nəzərə alaraq 100 kVA transformatorun yerinə yeni yeni daha güclü 250 kVA transformator quraşdırılmışdır. Ərazidə xəttə yaxınlaşan ağaclar budanaraq 2.0 km uzunluğunda yeni SİP kabel çəkilmiş və 65 ədəd yeni 0.4KV-luq yeni dayaqlar basdırılmışdır.
Rayonda fəaliyyət göstərən Şəmkir regional Qaz İstismarı İdarəsi Ağstafa Xidmət Sahəsi tərəfindən abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə şəhərin H.Aslanov, Ü.Hacıbəyov, M.Ə.Rəsulzadə, N.Kəsəmənli küçələrndə və Qarabağ məhəlləsi adlandırılan ərazisində ümumilikdə müxtəlif dimetrli 1171 m yeni qaz xətləri çəkilmiş, 5 ədəd qaz tənzimləyici quraşdırılmışdır. Qaz itkilərinin qarşısının almaq üçün 245 m korroziyaya uğramış qaz xətti yenisi ilə əvəz olunmuşdur. Hazırda şəhərin yeni salınmış yaşayış məhəllələrində 311 yaşayış evinə qaz çəkilməsi üçün sənədlər layihələndirmə mərhələsindədir. Bu evlərin qazlaşdırılması 2020-ci ildə başa çatdırılacaqdır.
Şəhərdə 5 körpələr evi – uşaq bağçası fəaliyyət göstərir.
Nümayəndəliyə vətəndaşlardan ümumilikdə 101 müraciət daxil olmuşdur. Müraciətlərə diqqətlə yanaşılmış, qanunvericiliyə uyğun olaraq onlar öz müsbət həllini tapmışdır. İdarə, təşkilat və müəssisələrdən isə 90 sənəd daxil olmuşdur ki, hamsına yazılı şəkildə cavab verilmişdir.
Çıxış edənlərdən Şəhər Bələdiyyəsinin sədri Nəsib Hacıyev 2019-cu ildə Ağstafa Bələdiyysi tərəfindən şəhərdə görülən işlər barəsində məlumat vermişdir. Yığıncaq iştirakçıları  Ağstafa şəhər inzibati ərazi dairəsi  üzrə İcra nümayəndəsinin 2019-cu ildə şəhərin  sosial-iqtisadi  inkişafının yekunları və qarşıda duran vəzıfələr barədə hüsabatında gördüyü işləri qənaətbəxş qiymətləndirdilər.

Keçidlər